“Bazel”lə görüş maraqlı olacaq”
13.04.2013 - 04:00
“Bazel”lə görüş maraqlı olacaq”
“Çelsi”nin baş məşqçisi Rafael Benites Avropa Liqasının yarımfinal mərhələsinin püşkatmasından sonra fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, yarımfinalda “Bazel”lə üz-üzə gələcək olan “zadəganlar”ın çalışdırıcısı görüşün maraqlı keçəcəyini vurğulayıb.

Təcrübəli çalışdırıcı İsveçrə klubunun asan rəqib olmadığını ifadə edib: “Bazel” öz stadionunda böyük atmosferlə məşhurdur. Bu görüş maraqlı olacaq. Başa düşmək lazımdır ki, rəqibimiz İsveçrə klubudur. Bu da bizim üçün ən pis variantdır. Biz finala keçmək üçün hər şey edəcəyik”.