“Yuventus”un müdafiəçisi iki həftəlik sıradan çıxdı
13.04.2013 - 04:36
“Yuventus”un müdafiəçisi iki həftəlik sıradan çıxdı
“Yuventus”un müdafiəçisi Corco Kellini iki həftə komandasını yalnız buraxacaq. Apasport.az saytının məlumatına görə, buna İtaliya millisinin 28 yaşlı futbolçusunun zədəsi səbəb olub.

“Qoca Sinyora”nın son məşqində dizindən ciddi zədə alan Kellini, yaxın vaxtlarda əsaslı müayinədən keçəcək.

Qeyd edək ki, təcrübəli müdafiəçi İtaliya A seriyasının XXXII turu çərçivəsində “Latsio” ilə səfərdə keçiriləcək matçı buraxacaq. Həmçinin ehtimal edilir ki, Corco növbəti həftə “Milan”la qarşılaşmada da iştirak edə bilməyəcək.