Aryen Robben: “Bavariya” “Barselona”ya qalib gələ bilər
13.04.2013 - 05:33
“Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben Çempionlar Liqasının yarımfinal mərhələsində üz-üzə gələcək olan “Bavariya” - “Barselona” qarşılaşması haqqında öz fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, hollandiyalı futbolçu püşkatmanın nəticələrindən razı qaldığını ifadə edib.
O, Kataloniya klubu ilə görüşdə müdafiədə ciddi oynamağın lazım olduğunu vurğulayıb: “Əla püşkdür. Onlar bizim üçün yaxşı rəqibdir. Düşünürəm ki, “Bavariya” “Barselona”ya qalib gələ bilər. Müsbət nəticəyə nail olmaq lazımdır. Qarşılaşma zamanı müdafiədə ciddi oynamaq lazımdır. Mənə elə gəlir ki, görüşün taleyini hətta ən kiçik nüanslar həll edə bilər”.

0
0