Qvardiola müdafiəni Kosyelni ilə gücləndirmək niyyətindədir
13.04.2013 - 06:30
Qvardiola müdafiəni Kosyelni ilə gücləndirmək niyyətindədir
Növbəti mövsümdən etibarən “Bavariya”nı çalışdıracaq olan Xosep Qvardiola yay transfer dövrəsində heyətinə qatmaq istədiyi oyunçuları indidən təyin edir. Apasport.az saytının məlumatına görə, ingilis qəzeti “Daily Mail” iddia edir ki, 42 yaşlı mütəxəssis “Arsenal”da forma geyinən Loran Kosyelnini yayda Münxen klubunun heyətinə qatmaq üçün işlərə başlayıb.

Pep 27 yaşlı fransalı futbolçunu mütləq transfer etmək istəyir. Çünki hazırda “Bavariya”nın müdafiəçisi Daniel van Buytenin mövsümün sonunda komandadan ayrılmaq ehtimalı var.

Qeyd edək ki, Kosyelni “topçular”ın heyətində 112 matçda meydana çıxıb və 9 qola imza atıb.