Azərbaycanın Gürcüstan və Qazaxıstanla birgə keçirəcəyi turnirin məbləği bəlli oldu
13.04.2013 - 10:28
Gürcüstan Futbol Federasiyasının Azərbaycan və Qazaxıstanla birgə keçirmək istədiyi futbol üzrə çempionatın təxmini məbləği məlum olub. Apasport.az saytının məlumatına görə, bu turnir üçün təxminən 50 milyon dollar tələb olunur.
Bu çempionatda iştirakçıların sayı da açıqlanıb. İdeya təşəbbüskarı olan gürcülər hər ölkədən 6 klubun iştirakı ilə 18 komandalı birincilik keçirmək niyyətindədir.
Qeyd edək ki, geosports.ge saytının iddiasına görə, AFFA tərəfi buna razılığını verib. Qazaxıstan tərəfi ilə isə bu məsələ Tbilisidə futzal üzrə keçiriləcək “Dördlər finalı” zamanı müzakirə olunacaq.

0
0