Əli Gökdəmirsiz yenilgi
13.04.2013 - 10:52
Əli Gökdəmirsiz yenilgi
Milli komandamızın futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover 96” Bundesliqada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun komandası səfərdə “Frayburq”un qonağı olub.

Zədəli olduğu üçün Gökdəmirin adı “18-liy”ə daxil edilməyib. “Hannover 96” isə meydan sahiblərinə 1:3 hesabı ilə uduzub. Əlinin komandası hazırda 38 xalla IX pillədədir.

Qeyd edək ki, Əli Gökdəmir gələn həftədən artıq kollektiv məşqlərə başlayacaq. Onun “Bavariya” ilə aprelin 20-də keçiriləcək oyunda “18-lik”də olmaq ehtimalı var.