Qazaxıstan Azərbaycanla müştərək çempionat keçirməyin əleyhinədir
13.04.2013 - 13:48
 Qazaxıstan Azərbaycanla müştərək çempionat keçirməyin əleyhinədir
Qazaxıstan Futbol Federasiyasından (QFF) Azərbaycan və Gürcüstanla birgə çempionat keçirmək ideyasına ilkin reaksiya gəlib. Apasport.az saytının məlumatına görə, Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinavanın bu təşəbbüsü müsbət qarşılanmayıb.

Belə ki, qazaxlar hesab edir ki, birgə çempionat keçirməyin heç bir mənası yoxdur. Onlar bunu Qazaxıstan premier-liqasının onsuz da inkişafda olması və rəqabətədavamlı olması ilə izah edib.

Qeyd edək ki, Siçinavanın dünən keçirdiyi mətbuat konfransında artıq Gürcüstan Futbol Federasiyasının AFFA ilə bu məsələdə həmrəy olduğunu bildirib.