Neftçalada sensasiya, 1 qırmızı vərəqə və 2 penalti
13.04.2013 - 14:08
Neftçalada sensasiya, 1 qırmızı vərəqə və 2 penalti
Bu gün I dəstədə keçirilən “Neftçala” – “Şahdağ” oyununda sensasiya qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Neftçalada keçirilən görüşdə meydan sahibləri gözlənilmədən məğlub olub.

Yenilgidə baş hakim Orxan Məmmədovun anlaşılmaz qərarları əsas rol oynayıb. Belə ki, Məmmədov “Neftçala”nı azlıqda qoyduqdan sonra Qusar təmsilçisi say üstünlüyünü hesabda da əks etdirib. Belə ki, Məmmədov qışda “Rəvan”dan “Neftçala”ya keçən qapıçı Davud Kərimiyə qırmızı vərəqə göstərib. Bundan başqa, gənc referi komandaların hərəsinə bir dəfə penalti “bəxş edib”.

Qeyd edək ki, PFL prezidenti Ramin Musayev “Şahdağ”ın 2:1 hesabı ilə qələbəsi ilə başa çatan oyunu tribunadan canlı izləyib.