Arif İsayevlə Rail Məlikov axşam yeməyində - FOTO
13.04.2013 - 15:13
Arif İsayevlə Rail Məlikov axşam yeməyində - FOTO
“Dənizlispor”da çıxış edən azərbaycanlı futbolçular – Arif İsayevlə Rail Məlikov klubun idarəçisi Salih Gürəlin təşkil etdiyi axşam yeməyinin iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, yeməkdə futbolçular və “Turan”ın sabiq çalışdırıcısı Səlahattin Dərvəntin rəhbərlik etdiyi məşqçilər heyəti iştirak edib.

Bundan başqa, Dənizli Şəhər Baş Polis İdarəsinin rəisi Zəki Bulut, Hərbi Polis Alay Komandiri Fərdi Korkmaz, Bulutun müavini Fəthi Vuruşkan, klub prezidenti Süleyman Urkay və İdarə Heyətinin digər üzvləri də ziyafət iştirakçıları olub. Ziyafət əsnasında Bulut 2 həftədir ki, komandaya vaxt ayıra bilmədiyini, “Karşıyaka” ilə oyundan sonra 3 turluq uğursuzluğa son qoyacaqlarına inandığını bildirib.

Qeyd edək ki, “Dənizlispor” “Karşıyaka” ilə sabah qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.