“Kim özünü yaxşı tərəfdən göstərəcəksə, o da “11-lik”də olacaq”
13.04.2013 - 15:35
Milli komandamızın futbolçusu Elhad Nəzirinin şərəfini qoruduğu “Petrolul” sabah Rumıniya çempionatında daha bir həlledici oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, “neftçilər” bu gün Bakı vaxtı ilə saat 22:00-da evdə autsayder “Qloriya”nı qəbul edəcək.
Bu oyun qabağı baş məşqçi Kosmin Kontranı zədəlilər narahat etməyə bilməz. Ancaq tanınmış məşqçi olan Kontra ehtiyat heyətdə onları əvəzləyə biləcək futbolçuların olduğunu bildirib: “Bizdə 24 oyunçudan ibarət heyət var. Kim özünü yaxşı tərəfdən göstərəcəksə, o da bu qarşılaşmada ilk “11-lik”də olacaq”.
Qeyd edək ki, Elhad Nəzirinin də bu oyunda “18-lik”də olacağı gözlənilir. “Petrolul” bu oyunda qalib gələcəyi halda, II pilləyə yüksələcək.

0
0