Arif oynayacaq, Rail isə yox
13.04.2013 - 17:52
“Dənizlispor” sabah Türkiyənin I dəstəsində növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Dənizli klubu evdə İzmirin “Karşıyaka” klubunu qonaq edəcək.
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq qarşılaşmada həmyerlilərimizdən kimlərin oynayıb-oynamayacağına aydınlıq gəlib. Belə ki, ötən tur “Adanaspor”un qapısına son dəqiqələrdə yol tapmaqla “Dənizlispor”da ilk qoluna imza atmış Arif İsayev meydanda olacaq. Ancaq həmin matçda sağ ayağından zədələnmiş olan Rail Məlikovun adı “18-liy”ə salınmayacaq.

0
0