Ruslan Abışov “Rubin”də növbəti oyununa çıxdı
13.04.2013 - 18:11
Ruslan Abışov “Rubin”də növbəti oyununa çıxdı
Milli komandamızın dayaq yarımmüdafiəçisi Ruslan Abışov “Rubin”in əvəzedicilərində 2-ci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Rubin”in gəncləri bu gün “Rostov”u qəbul edib.

Əsas heyətdən türkiyəli Gökhan Törə, belaruslu Sergey Kislyakla yanaşı oyun praktikası qazanmaq üçün əvəzedici komandaya kömək etməyə göndərilən Ruslan Rostov-na-Donu təmsilçisi ilə görüşdə 45 dəqiqə oynayıb. İlk dəqiqələrdən meydanda olan Ruslan fasilədə Tyomnikovla əvəzlənib. Görüş isə qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, Ruslan Abışov ötən tur “Kuban”la əvəzedicilərin oyununda da 45 dəqiqə oynamışdı.