Kaxaber Sxadadze: Bəzi futbolçularımızda sanki qorxu var idi
13.04.2013 - 19:33
“Çox maraqlı oyun oldu. Oyuna yaxşı başlamadıq”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.
Onun fikrincə, komandanın kapitanı Vladimir Levinin zədələnməsi oyunun dönüş nöqtəsi oldu: “Bəzi epizodlarda rəqibə uduzurduq. Hesabda iki top geriyə düşəndən sonra komandamı irəli getməyə səslədim. Bundan sonra iki top vurduq, hesabı bərabərləşdirdik. Levinin zədələnməsi oyunun dönüş anı idi. Bəzi futbolçularımızda sanki qorxu var idi. Opara gözəl qol vurdu. “Qarabağ” layiqli qələbə qazandı”.

0
0