Toşak “Turan”ı tərifləyib komandasından narazılıq etdi
13.04.2013 - 20:18
Toşak “Turan”ı tərifləyib komandasından narazılıq etdi
“Nəticəyə görə çox məyusam. Bu gün “Turan” çox gözəl mübarizə apardı. Əzmkar oyun nümayiş etdirdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Uelsli çalışdırıcı “Turan”ı o ki var tərifləyib: “Görünür, “Turan”ın belə gözəl oynamasına səbəb turnir cədvəlinin sonlarında qərarlaşmalarıdır. Ona görə də xal qazanmaq üçün belə oynamağa məcburdurlar. Düzdür, bizdə də itkilər vardı. Rahid Əmirquliyev cəzalı, Alvaro Silva zədəli, Ağabala Ramazanov isə əsgərlikdədir. Bununla belə, qələbə qazana bilməmişik deyə, bunu bəhanə etmək olmaz. Gələcək oyunlarda daha yaxşı çıxış etmək üçün oyunumuzu təkmilləşdirməliyik”.