Əfqan Talıbov futbolçularının alnından öpmək istəyir
13.04.2013 - 20:23
Əfqan Talıbov futbolçularının alnından öpmək istəyir
“Con Toşaka minnətdaram ki, belə gözəl sözləri komandam haqda bildirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Turan”ın baş məşqçisi Əfqan Talıbov deyib.

Talıbov “Dünənki məğlubiyyətdən sonra “Kəpəz”in Premyer Liqanı tərk etməsi dəqiqləşdi. Bu gün bir xal qazanmağımız bizi ümidləndirdi. Neçə oyun idi ki, xal qazana bilmirdik. Premyer Liqada qalmaq üçün sona kimi mübarizə aparacağıq. Rəqib komandanı oyuna görə təbrik edirəm. Futbolçularımın isə alnından öpürəm ki, belə güclü komandadan 1 xal qazana bildik”.

Qeyd edək ki, “Turan” – “Xəzər Lənkəran” oyunu 2:2 hesabı ilə başa çatıb.