Slavço Georgiyevski: "İnter"in əsas problemi...
14.04.2013 - 09:43
“Yaxşı oyun alındı. Rəqibin cəmi 3 şansı oldu və bundan maksimum istifadə etdi”. Bu sözləri apasport.az saytına “İnter” klubunun yarımmüdafiəçisi Slavço Georgiyevski deyib.
Topaz Premyer Liqasının XXVI turunda “Qarabağ”ın qonağı olan “bankirlər" meydandan məğlub ayrıldı. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Ağdam təmsilçisi qələbə qazandı. Fasiləyədək hesabı açan “Qarabağ” ikinci hissənin əvvəlində də fərqləndi. Amma matçın gedişində ardıcıl iki qol vuran “bankirlər” status-kvonu bərpa edib.
Bununla belə, Qurban Qurbanovun yetirmələri sona yaxın qələbə topunu vurmağa nail olublar. Əslində, oyunun gedişində “İnter”in fərqlənmək üçün real epizodları daha çox idi. Makedoniyalı futbolçu məğlubiyyətin səbəbləri haqda da danışıb: “Düzdür, sonradan 2 vurub hesabı bərabərləşdirdik. Ancaq rəqib sona yaxın fərqləndi. Hər zaman demişəm, yenə təkrarlayıram, bizim əsas problemimiz yaratdığımız qol vəziyyətlərini reallaşdıra bilməməyimizdir. Bunu edə bilsəydik, qələbə qazanacaqdıq”.

0
0