AZAL bu dəfə “Sumqayıt”ı məğlub etdi - YENİLƏNİB
14.04.2013 - 17:51
 AZAL bu dəfə “Sumqayıt”ı məğlub etdi - YENİLƏNİB
Bu gün keçirilən 1 oyunla Topaz Premyer Liqasında XXVI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə ikinci “altılıq”da mübarizə aparan komandalar münasibətlərinə aydınlıq gətirib.

Belə ki, Qəbələdə start verilən tur “Bayıl Arena”da başa çatıb. Burada “Sumqayıt” son 4 oyunda məğlub olmadığı AZAL-ı qonaq edib.

Görüşə daha yaxşı başlayan “təyyarəçilər” erkən qolla hesabı açıb. Matçın ilk yarım saatının tamamında isə sumqayıtlılar ikinci dəfə mərkəzə dəvət edilib. Fasiləyə məğlub durumda yollanan Bernhard Raabın komandası ikinci hissədə oyunda dönüş yarada bilməyib və qarşılaşma AZAL-ın qələbəsi ilə nəticələnib - 0:2.

Qeyd edək ki, turun digər oyunlarında “Rəvan” “Kəpəz”i (3:0), “Qarabağ” “İnter”i (3:2) və “Neftçi” “Simurq”u (1:0) üstələyib. “Qəbələ” – “Bakı” (1:1), “Turan” – “Xəzər Lənkəran” (2:2) matçında isə qalib müəyyənləşməyib.


14 aprel
“Sumqayıt” – AZAL - 0:2
QOLLAR: Tağızadə, 6, Nildo, 30
“Bayıl Arena”
Təsnifat mərhələsindəki oyunlar – 2:2, 1:1

“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 11. Sabir Allahquliyev, 13. Murad Ağayev, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 77. Mirzəağa Hüseynpur, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Aftandil Hacıyev, 6. Taner Taktak, 8. Aqşin Muxtaroğlu, 22. Xəyal Mustafayev, 25. Eldar Cankişiyev

AZAL: 12. Cahangir Həsənzadə (k), 4. Xose Junior Aylton, 23. Tural Nərimanov, 20. Branislav Arsenyeviç, 2. Xuan Fransisko, 15. Oskar Klava, 6. Taqim Novruzov, 32. Vladimir Boqdanoviç, 22. Ruslan Tağızadə, 17. Viktor İbekoyi
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 3. Usim Nduka, 7. Cavid Tağıyev, 9. Elşən Məmmədov, 10. Tərlan Xəlilov, 28. Con Oluremi, 37. Andrius Veliçka.


komandaoqhmtx
1
Neftçi
26
16
3
7
51-27
51
2
Qarabağ
26
13
9
4
36-23
48
3
İnter
26
13
8
5
30-18
47
4
Simurq
26
10
10
6
27-18
40
5
Bakı
26
7
14
5
28-19
35
6
Qəbələ
26
9
7
10
29-32
34
7
AZAL26
10
9
7
40-27
39
8
Rəvan
26
10
4
12
36-38
34
9
Xəzər L
26
8
9
9
37-32
33
10
Sumqayıt
26
7
7
12
25-44
28
11
Turan
26
6
6
14
28-49
24
12
Kəpəz
26
2
4
20
14-54
10

Bombardir: Nikolas Kanales (Neftçi) –21