“Neftçi” də “Qarabağ”ı məğlub edə bilmədi” - MÜSAHİBƏ
14.04.2013 - 16:10
“İnter”in müdafiəçisi İbrahima Niasse Topaz Premyer Liqasının XXVI turunda "Qarabağ" 2:3 hesabla uduzduqları qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Komandanız vacib oyunda məğlub oldu. Bu yenilginin səbəbini necə izah edərdiniz?
- Oyun həddindən artıq çətin keçdi. Biz də qələbə qazanmaq istəyirdik. Çünki çempion olmaq üçün artıq xal itkisinə yol vermək olmaz. “Qarabağ” da qarşısına qızıl medalları qazanmaq məqsədi qoyub. Onların da bizim kimi 3 xal qazanmaq məqsədi ilə meydana çıxacaqlarını bilirdik. Rəqibin cəmi 3 qol şansı oldu və hamısından düzgün istifadə etdi. Buna görə də qələbəni onlar qazandı. Artıq bu oyunu unutmalı və qarşıdakı matçlara baxmalıyıq. Heç nə bitməyib. Hələ “Qarabağ”la qarşıda daha bir oyunumuz var.
- Maraqlıdır ki, cari mövsümdə bu komandanı məğlub edə bilməmisiniz. “Qarabağ” sizin üçün bu dərəcədə arzuolunmaz rəqibdir?
- Futbolda bu cür nəticələr normaldır. Onlar da çempionluq uğrunda mübarizə aparırlar. “Neftçi” də “Qarabağ”ı məğlub edə bilmədi. Biz indi bunları düşünməli deyilik. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin matçlarda qələbə qazanmalıyıq.
- Oyunun gedişində 2 top fərqi ilə geridə olsanız da, sonradan hesabı bərabərləşdirdiniz. Lakin heç-heçəni son dəqiqələrdə əldən verdiniz. Nə baş verdi?
- “Qarabağ”ın fasiləyə qədər bir imkanı oldu, ondan istifadə etdi. Ancaq bizim bir neçə şansımız oldu. Çox təəssüf ki, qol vura bilmədik. Əsas problem yaratdığımız imkanları realizə edə bilməməyimizlə bağlıdır. Hər oyunda qol epizodları yaradırıq, amma hamısından istifadə edə bilmirik.
- Yarımmüdafiəçi olsanız da, müdafiənin mərkəzində yer almışdınız. Fərqli mövqedə oynamağınız çətinlik yaratmadı?
- Bu, baş məşqçinin qərarı idi. O, bu dəfə müdafiənin mərkəzində oynamağımı tapşırdı. Düzdür, yarımmüdafiəçiyəm. Lakin vacib olan komandamızın qələbə qazanmasıdır. Arxada oynamasam belə, bacardığım qədər kömək etməyə çalışdım. Ümumiyyətlə, futbolçunun işi komandasına yardım etməkdir. Meydanda olan zaman yer aldığım mövqedən asılı olmayaraq, bunu ən yaxşı səviyyədə etməyi düşünürəm. Necə alındığını isə kənardan izləyənlər deyə bilər.

0
0