“Rəvan”ın sabiq baş məşqçisi “Orduspor”da
14.04.2013 - 16:25
Türkiyə Superliqasında daha bir baş məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, “Orduspor” rəhbərliyi tanınmış argentinalı mütəxəssis Hektor Kuperlə yollarını ayırıb.
Buna Ordu klubunun həm ölkə çempionatında uğursuz çıxışı, həm də Superliqanın XXIX turu çərçivəsində keçirilən “Trabzonspor”la (1:0) səfər matçında məğlubiyyəti səbəb olub.
Kuperin yerinə isə yeni baş məşqçi təyin edilib. Bu, 2007-2008 mövsümündə “Qalatasaray”la çempionluq yaşayan və ötən il “Rəvan”ı çalışdıran Cevat Gülərdir.
Qeyd eded ki, “Rəvan”ın sabiq məşqçisi bu gün yeni komandasını məşqə çıxarıb.

0
0