“Bizi baxımlı oyun maraqlandırmır” - MÜSAHİBƏ
14.04.2013 - 23:01
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının XXVI turunda "İnter" üzərində qazanılan qələbədən (3:2) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Hamı bu oyunda qazanılacaq 3 xalın bizə necə lazım olduğunu yaxşı bilirdi. Çempion olmaq istəyirik. Ona görə də heç-heçə bizi qane etmirdi. Çünki “İnter” turnir cədvəlində bizi 2 xal qabaqlayırdı. Təəssüf ki, bəzi səhvlərdən qollar buraxdıq. Ancaq tez toparlandıq. Opara da komandamızda ilk qolunu vurdu.
- Buraxılan qollarda müdafiə xəttinin səhvləri yox idi?
- Birinci qolda hamımız səhvə yol verdik. Çünki hücum öndən başlayırdı. Ona görə bütün səhvləri qapıçı və müdafiəçilərin üstünə atmaq olmaz. “İnter” zəif komanda deyil ki, standart futbol sərgiləsin. Onların da üstünlükləri var. Bu cür qollar vurmaları bunun bir parçasıdır. Oyundan öncə belə şeyləri danışmışdıq.
- “Qarabağ” son vaxtlar oxşar taktika ilə oynayır. Hesabı açdıqdan sonra müdafiəyə çəkilir...
- İndiki məqamda bizi baxımlı oyun maraqlandırmır. Əsas olan yaxşı nəticədir. Qol vurduqdan sonra 3 xala yaxın oluruq. Ona görə də hesabı qorumağa çalışırıq. Həm də arxaya çəkilməklə, rəqibi əks-hücumlarda yaxalamağa çalışırıq. Bu taktika bizə sərfəlidir.
- Bəzən bu taktika rəqibin işinə yarayır. “İnter” buna çox yaxın idi.
- Hardasa 20 faiz belə olur. Çünki komanda şəklində müdafiə olunarkən, rəqibə də hücum qurmaq çətin olur. “İnter”lə oyunda hesabı standart vəziyyətdən sonra açdıq. Onlara ötürmə ilə qol vurmaq çox çətindir.
- Hesabda iki top fərqi ilə irəli çıxdıqdan sonra arxayınçılıq yarandımı?
- Yaranmışdı. İkinci hissə başlayan kimi Vüqar qol vurdu. Eyforiya yarandı. Hamımız rahatlaşdıq. Fikirləşdik ki, heç nə olmaz. Ancaq sonra iki qol vurdular.
- “Qarabağ”a kənar qüvvələrin də kömək etdiyi deyilir. Bu cür söz-söhbətlər sizə necə təsir edir?
- Təbii ki, pis təsir edir. Zəhmətimizin yerə vurulması futbolçuların xətrinə dəyir. Belə şeylərə dözməli, səbr etməliyik.

0
0