Arif İsayev yenə qol vurdu, “Dənizlispor” yenə uduzdu
14.04.2013 - 17:01
Arif İsayev yenə qol vurdu, “Dənizlispor” yenə uduzdu
Azərbaycanlı futbolçular - Rail Məlikovla Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor” Türkiyə PTT I liqasının XXX turu çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin komandası evində “Karşıyaka” ilə qarşılaşıb.

Görüşdə İzmir klubu 2:1 hesabı ilə qələbə qazanıb. Matçda Dənizli təmsilçisinin yeganə qoluna Arif İsayev imza atıb. 27 yaşlı yarımmüafiəçi oyuna 41-ci dəqiqədə daxil olaraq, 6 dəqiqə sonra hesab arasındakı fərqi azaldıb.

İsayevdən fərqli, Məlikov isə qarşılaşmanı ehtiyat oyunçular skamyasına keçirib.

Qeyd edək ki, Arif ötən tur “Adanaspor”la matçda rəqibin qapısına son dəqiqələrdə yol tapmaqla “Dənizlispor”da ilk qolunu vurmuşdu.