Ruslan Abışovun rəsmi debütü baş tutmadı, “Rubin” xal itirdi
14.04.2013 - 20:55
Ruslan Abışovun rəsmi debütü baş tutmadı, “Rubin” xal itirdi
Rusiya Premyer Liqasında XXIV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun komandası “Rubin” Kazanda “Rostov”u qəbul edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Millimizin futbolçusu Abışov bu görüşdə Premyer Liqada debüt etməyə yaxın idi. Onun adı “18-liy”ə daxil edilsə də, baş məşqçi Qurban Berdıyev ona yenə şans verməyib.

Qeyd edək ki, 24 oyundan sonra 40 xal toplayan “Rubin” turnir cəvəlinin 4-cü pilləsində qərarlaşır.