Təmsilçilərimizin matçından əvvəl qan töküldü
14.04.2013 - 18:46
Təmsilçilərimizin matçından əvvəl qan töküldü
Azərbaycanlı futbolçular - Rail Məlikovla Arif İsayevin şərəfini qoruduğu “Dənizlispor”un Türkiyə PTT I liqasının XXX turu çərçivəsində qəbul etdiyi “Karşıyaka” ilə matçından əvvəl qan tökülüb. Apasport.az saytının məlumatına görə, “Atatürk” stadionu önündə hər iki komandanın azarkeşləri arasında öncə kiçik insident baş verib.

Daha sonra fanatlar bir-biri ilə dava ediblər. Polisin müdaxiləsi zamanı isə bir azarkeş bıçaqlanaraq yaralanıb. Bundan sonra polislər göz yaşardıcı qazdan istifadə edib.

Bıçaqlanan şəxsdən başqa isə 6 nəfər də yaralanıb.

Qeyd edək ki, “Dənizlispor” - “Karşıyaka” oyununda qonaqlar 2:1 hesabı ilə qələbə qazanıb. Dənizli təmsilçisinin yeganə qoluna 47-ci dəqiqədə Arif İsayev imza atıb.