Messi ailəsi ilə birgə tətildə
14.04.2013 - 19:26
Messi ailəsi ilə birgə tətildə
İspaniya La Liqasının XXXI turu çərçivəsində səfərdə “Saraqosa” ilə qarşılaşmanın heyətinə daxil edilməyən “Barselona”nın futbolçusu Lionel Messi qısamüddətli tətilini ailəsi ilə birgə keçirib. Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının hücumçusu həyat yoldaşı Antonella Rucozzo və 5 aylıq oğlu Tiaqo il birgə Barselona sahillərində istirahət edib.

Messinin burada ailəsi ilə birgə çəkdirdiyi şəkil isə ispan mətbuatının gündəmində geniş yer alıb.

Qeyd edək ki, “Saraqosa” - “Barselona” matçı bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.