Aleksandr Fray karyerasını qolla başa vurdu
14.04.2013 - 20:10
“Bazel”in hücumçusu Aleksandr Fray bu gün peşəkar karyerada özünün son matçını keçirib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu son oyununu qolla qeyd etməyi bacarıb.
O, İsveçrə çempionatının XXVII turu çərçivəsində “Sürix”ə qarşı matçın 58-ci dəqiqəsində 25 metr məsafədən doqquzluğu dəqiq nişan alıb. Fray qoldan 6 dəqiqə sonra isə əvəzlənib. Aleksandr meydandan çıxarkən azarkeşlər onu gurultulu alqışlarla yola salıb.
Qeyd edək ki, 2009-cu ildən “Bazel”də çıxış edən Fray 108 dəfə fərqlənib.
84 dəfə (2001-2011) İsveçrə milli komanasının formasını geyinən Aleksandr növbəti mövsümün əvvəlindən sabiq klubu “Lyutsern”in (1999-2000) idman direktoru vəzifəsində çalışacaq.

0
0