Vaqif Sadıqov: İki fərqli hissənin şahidi olduq
14.04.2013 - 21:54
“Sumqayıt” komandasına qarşı keçirdiyim 5-ci oyunda ilk qələbəm idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.
Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXVI turu çərçivəsində “Sumqayıt” üzərində qazanılan qələbəni (2:0) dəyərləndirib: “İki fərqli hissənin şahidi olduq. İlk hissədə komanda verilən tapşırıqları yerinə yetirdi. Təəssüf ki, bu cür gözəl oyunu 90 dəqiqə davam etdirə bilmədik. Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Heyətimizdə müəyyən itkilər olsalar da, gələcək oyunlarda da qələbə qazanmağa çalışacağıq”.
Mənbə: pfl.az

0
0