“Məğlub olduğumuz üçün təəssüflənirəm”
14.04.2013 - 22:01
“Məğlub olduğumuz üçün təəssüflənirəm”
“Rəvan”la son oyundan sonra komandanı ruhlandırmağa çalışdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.

Almaniyalı mütəxəssis Topaz Premyer Liqasının XXVI turu çərçivəsində AZAL-a 0:2 hesablı məğlubiyyətə şərh verib: “İlk 25 dəqiqədə heç nə ilə yadda qalmadıq. İkinci hissədə isə oyun sxemini dəyişdik. Topa daha çox nəzarət etməyə çalışdıq, daha çox risk etməyə başladıq. Son vuruşlarda qeyri-dəqiq oynadıq. Məğlub olduğumuz üçün təəssüflənirəm”.

Mənbə: pfl.az