Lideri “Latsio” da büdrədə bilmədi
16.04.2013 - 02:02
Lideri “Latsio” da büdrədə bilmədi
İtaliya A seriyasında XXXII turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə “Latsio” evində lider “Yuventus”u qonaq edib.

Qarşılaşmada “Qoca Sinyora” 0:2 hesablı qələbəyə sevinib. “Yuventus”un heyətində hər 2 qolu Artur Vidal vurub.

Bu nəticədən sonra “Yuventus” xalını 74-ə çatdıraraq, ən yaxın izləyicisi “Napoli” ilə xal fərqini 11-ə çıxarıb.

İtaliya A seriyası
XXXII tur
13 aprel
“Peskara” – “Syena” – 2:3
Çelik, 53, Toqni, 59 – Angelo, 14, Zanon, 34-avtoqol, Emeqara, 86

“Atalanta” – “Fiorentina” – 0:2
Pisarro, 61-pen, Larrondo, 72

14 aprel
“Palermo” – “Bolonya” - 1:1
İliçiç, 5 - Qabbyadini, 17

“Kalyari” – “İnter” - 2:0
Pinilya, 63-pen; 76

“Kyevo” - “Katanya” - 0:0

“Cenoa” – “Sampdoriya” - 1:1
Matuzalem, 80 - Martins, 28

“Parma” – “Udineze” - 0:3
Muriel, 12; 43, Pereyra, 62

“Torino” – “Roma” - 1:2
Byanki, 31 - Osvaldo, 22, Lamela, 60

“Milan” – “Napoli” - 1:1
Flamini, 30 - Pandev, 33

15 aprel
“Latsio” – “Yuventus” – 0:2
Vidal, 8-pen; 28