Aleks Ferqyussonun yubiley qələbəsi
15.04.2013 - 03:00
İngiltərə Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən “Stok Siti” - “Mançester Yunayted” matçı qonaqların baş məşqçisi Aleks Ferqyusson üçün əlamətdar sayılıb. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar”ın səfərdə 0:2 hesablı qələbəsi şotlandiyalı çalışdırıcı üçün yubiley oyunu olub.
Belə ki, 71 yaşlı mütəxəssis bu qarşılaşmada karyerasında 900-cü qələbəsinə imza atıb.
Qeyd edək ki, Ferqyusson məşqçi karyerasın 1974-cü ildə ölkəsinin “İst Sterlinqşir” klubunda başlayıb. Daha sonra “Sent-Mirren” (1974-1978), “Aberdin” (1978-1986) və Şotlandiya yığma komandasında (1985-1986) işləyən Aleks 1986-cı ildən bu yana “Mançester Yunayted”in “sükanı arxası”ndaır.

0
0