Arif İsayev ən yaxşı seçildi
15.04.2013 - 08:10
Türkiyə çempionatının I liqasında çıxış edən “Dənizlispor”un futbolçularının XXX turun “Karşıyaka” ilə oyunundakı qiymətləri məlum olub. Apasport.az saytının xəbərinə görə, Türkiyə mətbuatı öz meydanında 1:2 hesabı ilə uduzan Dənizli təmsilçisinin üzvlərini 4-6 qiymətinə layiq bilib.
Meydan sahiblərinin yalnız 2 futbolçusu özləri üçün ən yüksək olan qiymətə layiq görülüb. Onlardan biri Azərbaycan millisinin sabiq futbolçusu Arif İsayev olub. Matçın 41-ci dəqiqəsində meydana daxil olub, komandasının yeganə qolunu vuran yarımmüdafiəçimizin oyunu “6” ilə qiymətləndirilib. O, meydana sonradan çıxan digər futbolçu Alkanla birlikdə “Dənizlispor”un heyətində qarşılaşmanın ən yaxşılarından olub.
Qeyd edək ki, digər təmsilçimiz Rail Məlikov bu görüşdə iştirak etməyib.

0
0