“Barselona”nı istəyirdi, “Xəzər Lənkəran”la anlaşdı
15.04.2013 - 08:27
“Barselona”nı istəyirdi, “Xəzər Lənkəran”la anlaşdı
“Xəzər Lənkəran” klubunda növbəti məşqçi təyinatı reallaşıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Aleksis Plaza Anqulo baş məşqçi Con Toşakın yeni köməkçisi təyin olunub. 30 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb.

Anqulo əfsanəvi holland futbolçu Yohan Kroyff tərəfindən “Klub idarəetməsi” diplomu ilə təltif olunub. O, 2010-cu ildə “Barselona” klubuna prezident seçkilərində namizəd olub. Məşqçinin son iş yeri İspaniyanın “Sant Andreu” klubu idi.


Mənbə: lankaranfc.com