Millimizin oyunçuları darmadağında iştirak etmədi
15.04.2013 - 09:13
Əsas millimizin hücumçusu Rüfət Dadaşov və U-21 yığmamızın yeni üzvü Timur Təməltaşın forma geydiyi “Kayzerslautern”in 23 yaşadək komandası Regionalliqada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” “Ulm 1846” ilə qarşılaşıb.
280 tamaşaçının izlədiyi görüşdə “Kayzerslautern” qonaq komandaya aman verməyib – 6:0. Ancaq bu darmadağında millimizin oyunçuları iştirak etməyib. Belə ki, Rüfət ehtiyatda qalsa da, Təməltaşın adı “18-liy”ə daxil edilməyib.
Qeyd edək ki, xalını 49-a çatdıran “Kayzerslautern” “Elversberq”lə yanaşı I-II sıraları bölüşür.

0
0