Millinin sabiq hücumçusu 57 dəqiqə oynadı - FOTO
15.04.2013 - 10:12
Milli komandamızın sabiq hücumçusu Vüqar Əsgərov Latviya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun çıxış etdiyi “Metallurq” evdə “Ventspils”lə qarşılaşıb.
27 yaşlı futbolçu hesab 1:1 olarkən fərqlənə bilmədiyi üçün 57-ci dəqiqədə yerini Yenis İkauniekə verib. Məhz bundan sonra “Metallurq” daha 2 top vuraraq qələbə qazanıb – 3:1.
Qeyd edək ki, Vüqar bu il “Skonto” ilə kubok matçında (3:1) 72-ci dəqiqədə meydana çıxmış və 2 dəqiqə sonra qol vurmuşdu. O, METTA / LU (4:0) ilə çempionat oyununda 55-ci dəqiqədə meydana daxil olub, “Dauqava” ilə görüşdə (1:2) isə 90 dəqiqə çıxış edib.

0
0