Mehman Allahverdiyev “Kəpəz”i təzə bəyə bənzətdi – MÜSAHİBƏ
15.04.2013 - 10:58
“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsi
- Xeyli vaxtdır səs-sorağınız gəlmir. Nə işlə məşğulsunuz?
- Heç nə. Qalmışıq futboldan kənarda. Gözləyirik.
- Yeni təklifləri?
- Görək futbolumuzun axırı necə olacaq.
- Ötən tur “Kəpəz”in I diviziona düşməsi rəsmiləşdi. Bu komandanın uğurlarının memarı olan Mehman Allahverdiyev bunu necə qəbul etdi?
- Əlbəttə, pis. Ancaq komandanın belə oynamağındansa, oynamamağı yaxşı idi.
- “Kəpəz”in bu vəziyyətə düşməsində əsas günahkar kimdir?
- Hamı. Əsas da rəhbərlik.
- Günahı nədə görürsünüz?
- Rəhbərlikdə sanki arxayınçılıq vardı. Düşünürdülər ki, komandaların sayı artacaq, “Kəpəz” də Premyer Liqada qalacaq. Ancaq AFFA-nın məlum qərarından sonra artıq gec idi. Ancaq belə oynamaq lazım deyildi. Bilirsiniz, nəyə bənzəyir? Elə bil ki, biri evlənir, ancaq ailəsini saxlaya bilmir. Ondansa, evlənmə də.
- Gəncə Azərbaycanın ən böyük ikinci şəhəridir. Belə bir şəhər niyə komanda saxlaya bilmir?
- Düzdür. Ancaq belə götürəndə, Gəncədə yalnız avtomobil zavodu var. Alüminium zavodu olsa da, fəaliyyət göstərmir. Bizdə klublara daha çox şirkətlər baxır. Həmin insan da “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovdur.
- “Kəpəz” I diviziona düşəndən sonra gələcək taleyi, ümumiyyətlə, Gəncə futbolunun aqibəti necə olacaq?
- Əslində, “Kəpəz” tarixində ilk dəfədir I diviziona düşür. Çünki 2006-cı ildə komanda dağılmış, sonradan fəaliyyətini bərpa edərək, I divizionda çıxış etmiş, ordan güclülər dəstəsinə yüksəlmişdi. Hər şey maliyyədən asılıdır.
- Siz “Kəpəz”dən gedəndən sonra komandanın taleyinin belə olacağını gözləyirdiniz?
- Bəli. Nəinki mən, çoxları gözləyirdi. Düşünürdüm ki, belə gedişlə komanda yaxında I diviziona düşəcək. Çünki komandada birlik yox idi.
- Belə demək olar ki, rəhbərliklə baş məşqçi arasında uçurum vardı?
- Uçurum deyəndə ki, mən o vaxt mətbuata çıxıb, “Kəpəz”in gələcək taleyinin belə olacağını demək istəmirdim. Çünki deyəcəkdilər ki, paxıllıq edir. Buna görə mətbuatdan kənar qalmağı üstün tuturdum. Biz hadisələri görərək, AZAL-la oyundan sonra məşqçilər korpusu istefa verdik. Rəhbərlik baş məşqçinin istədiyi futbolçuları almalıdır. Mən 200-300 min avroluq oyunçu istəmirdim. Məsələn, rəhbərliyə 50 dəfə dedim ki, Mahmud Qurbanovu alaq. Ancaq gördüm ki...
- Sonda elə alındı ki, çanaq indi komandanın baş məşqçisi olan Mahmud Qurbanovun başında partladı. Keçmiş yetirmənizi qınayırsınız?
- Elə deməzdim. O, “Kəpəz”ə gələndə hər şeyi gözünün qabağına gətirməli idi. Mahmud gəncdir, işləmək istəyirdi.
- Qurbanov sizə zəng edib, məsləhət alıbmı, yoxsa münasibətlərinizdə soyuqluq var?
- Mahmudla əlaqəm yoxdur. Vaxtilə onu komanda gətirmək istəsəm də, alınmadı. Bəlkə ona elə çatdırıblar ki, Mehman Allahverdiyev səni qəsdən götürmədi. Halbuki, belə deyildi. Mən hər gün rəhbərliyə “Mahmud, Mahmud” deyirdim. Qurbanov öz səhvinin nəticəsini gördü.
Mehman SÜLEYMANOV

0
0