Yığmanın müdafiəçisi “Simurq”a qarşı oynamayacaq - FOTO
15.04.2013 - 11:04
Yığmanın müdafiəçisi “Simurq”a qarşı oynamayacaq - FOTO
“Qarabağ”la oyundan sonra futbolçumuz Vladimir Levin MRT müayinəsindən keçdi. Ancaq bu müayinə ilə zədəsinin nə dərəcədə ciddi olduğunu müəyyənləşdirmək mümkün olmadı. Çünki sağ ayağında şiş var”. Bunu apasport.az saytına “İnter”in baş meneceri Səbuhi Səfiyarlı deyib.

Milli komandamızın və “İnter”in müdafiəçisi Vladimir Levin ötən tur “Qarabağ”la oyunda zədələnib. Futbolçu oyunu sona kimi çatdıra bilməyib yerini daha bir milliləşdirilmiş futbolçu olan Arif Daşdəmirova verməli oldu.

İndi isə Levinin azı növbəti turda oynamayacağı dəqiqləşib. Səfiyarlının sözlərinə görə, futbolçunun şişi düzəldikdən sonra durumuna aydınlıq gələcək: “Hələ ki, futbolçuya 3 günlük istirahət verilib. Onun ayağının şişinin açılması lazımdır. Ondan sonra məşqlərə başlaya bilər. Artıq növbəti turda “Simurq”la oyunda meydanda olmayacağını ehtimal etmək olar”.

Səbuhi TOFİQOĞLU