Zaur Əzizov: Narazı qalmaq başqa, rəsmi etiraz bildirmək başqa
15.04.2013 - 12:31
“Bakı” ilə oyundan sonra idarəçilikdən narazılığımızı rəsmi şəkildə bildirməmişik”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.
Ötən tur baş tutmuş “Qəbələ” - “Bakı” oyununda baş hakim Anar Salmanovun serbiyalı müdafiəçi Nikola Valentiçin Rauf Əliyevə qarşı kobudluğunu penalti kimi dəyərləndirilməsi meydan sahiblərinin narazılığına səbəb olmuşdu. Təsadüfi deyil ki, klubun rəsmi saytında da Salmanovun penalti qərarı şübhəli qərar kimi dəyərləndirilmişdi.
Ancaq bununla belə, “Qəbələ” tərəfi həmişəki kimi sakitliyini qorumağa çalışıb. Əzizovu dinləyək: “Narazı qalmaq başqa, etirazımızı rəsmi şəkildə bildirmək başqa. Biz oyundan sonra hakimliklə bağlı protokola hər hansı bir narazılığımızı ifadə edən qeyd etmədik. Düşündük ki, onsuz da penalti verilibsə, bunu dəyişdirmək mümkün olmayacaq. Bu üzdən buna ehtiyac duymadıq”.
Qeyd edək ki, məhz Rauf Əliyevin oyuna əlavə olunmuş vaxtda penaltidən fərqlənməsi görüşün nəticəsinə birbaşa təsir etmişdi.
Səbuhi TOFİQOĞLU

0
0