Mila yenidən danışdı: Azərbaycan variantına ciddi yanaşmadım
15.04.2013 - 13:27
“Qışda variantlarımdan biri Azərbaycan klubuna keçmək idi. Bu haqda çox danışıqlar getdi. Çünki ən birinci bu ölkədən təklif almışdım”. Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Şlyonsk” klubunun kapitanı Sebastyan Mila deyib.
Polşanın weszlo.com saytının əməkdaşları Kjıştof Stanovski və Tomaş Çviankala Miladan geniş müsahibə götürüb. Polyak jurnalistlər təbii ki, müsahibə əsnasında futbolçunun ölkəmizdən və “Çikaqo Fayr”dan təklif almasına da toxunub.
30 yaşlı yarımmüdafiəçi ölkəmizdən gələn təklifə ailəsinin istəyinə görə ciddi yanaşmadığını bildirib: “Hər şeyin həqiqiliyinə aydınlıq gətirmək üçün özümdən pul verib ora getməliydim, ancaq... Mən ailəmlə sabit və rahat şəkildə yaşamağı üstün tutduğumdan ora getmədim. Çünki uşaqlar məktəbə gedirdi. Üstəlik, mənə məlum olmayan yeni ölkəyə yollanırdım, bilmirdim ailəm ora necə uyğunlaşacaq. Digər tərəfdən mənim digər variantlarım vardısa, niyə Bakıya getməliydim ki?”
O, ölkəmizə pula görə gedəcək deyilənlərə isə belə reaksiya verib: “Mənim ora pul dalınca getməyimə inanmaq çətin deyildi. Çünki doğrudan da həmin an mənim yeganə variantım bu idi. Bu üzdən deyilənləri başa düşmək çətin deyildi. Mənim deyilənlərə əks arqumentim yox idi”.
Qeyd edək ki, polşalı həmkarlarımız onunla qışda “Neftçi”nin maraqlandığını iddia edirdi. Ancaq həm Bakı klubu, həm də futbolçunun özü bunu təkzib etmişdi.

0
0