Yerli məşqçilərin turu
15.04.2013 - 13:39
Yerli məşqçilərin turu
Topaz Premyer Liqasının XXVI turu yerli məşqçilər üçün uğurlu alınıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı və legioner məşqçilərin çalışdırdığı komandaların hesabat turuna təsadüf edən duellərinin heç birində əcnəbilər qalib gəlməyib.

Gəlmələrdən yalnız Con Toşakın rəhbərlik etdiyi “Xəzər Lənkəran” 1 xal əldə edib. Bu da Əfqan Talıbovlu “Turan”la matçda mümkün olub. Əvəzində Kaxaber Sxadadzenin “İnter”i, Georgi Çixradzenin “Simurq”u və Bernhard Raabın “Sumqayıt”ı turu məğlubiyyətlə başa vurub. Bu mütəxəssislərin komandaları müvafiq olaraq “Qarabağ”, “Neftçi” və AZAL-a uduzublar. Qalib klubları da yerlilər – Qurban Qurbanov. Böyükağa Hacıyev və Vaqif Sadıqov çalışdırır.

Son turdakı qələbələrə baxmayaraq mövsümün arxada qalan 26 turunda əcnəbi-yerli duellərində üstünlük hələ də legionerlərin tərəfindədir. Onlar 81 qarşılaşmadan 28-də qalib gəlib. 27-də heç-heçə edib və 26 dəfə uduzub. Top fərqində isə yerli çalışdırıcılar öndədir – 101:96.