“Xəzər Lənkəran”da yubiley
15.04.2013 - 13:34
Topaz Premyer Liqasının XXVI turunun “Turan”la oyunundakı heç-heçə “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Dalğa Arena”da qeydə alınan 2:2 cənubluların Azərbaycan çempionatlarında 75-ci bərabərliyidir. Premyer Liqadakı 9-cu mövsümündə 259-cu matçına çıxan “ağ-yaşıllar” bu oyunadək 74 dəfə “sülh” bağlamışdı.
Maraqlıdır ki, nəticələrin yarısı evdə, yarısı səfərdə qeydə alınmışdı. Evdə 37 bərabərliyi olan “Xəzər Lənkəran” səfərdə 38-ci dəfə 1 xal qazanmaqla bu bərabərliyi pozub.
“Xəzər Lənkəran” 2010/11 mövsümündə daha çox heç-heçə edib – 12 dəfə. 2009/10 mövsümündə 11, 2007/08-də 10, cari çempionatda və 2005/06-da 9, 2011/12-də 8 “sülh” qeydə alınıb. 2004/05 – 6, 2006/07 və 2008/09 mövsümlərində isə cəmi 5 bərabərlik olub.
Baş məşqçilər arasında daha çox heç-heçə Ağasəlim Mircavadova məxsusdur – 26. Digər mütəxəssislərdən Mirça Rednik 16. Yunis Hüseynov 7, Viktor Pasulko 6, Rasim Kara 5, Nazim Süleymanov 4, İqor Ponomaryov 3, Karles Martorell, Con Toşak hərəyə 2, Emin Quliyev, Hafiz Əliyev, Şenol Fidan, Cüneyt Biçər hərəyə 1 bərabərlik görüb.
Lənkəranlılar 19 rəqibi ilə bərabərə qalıb. Komanda daha çox paytaxt klubları ilə heç-heçə edib. “İnter”lə 12, “Bakı” ilə 11, “Neftçi” ilə 10 dəfə “sülh”ə imza atan “ağ-yaşıllar” digər 16 komandadan heç biri ilə 5 dəfədən çox heç-heçə etməyib: “Simurq” 5, “Turan”, AZAL, “Qarabağ”, “Qəbələ” 4, “Karvan”, “MKT Araz”, “Rəvan”, “Standard” 3, “Göyəzən”, “Sumqayıt” 2, “Kəpəz”, “Gənclərbirliyi”, MOİK, “Muğan” və ABN 1.
Mənbə: lankaranfc.com

0
0