“Azarkeşlər Honduras – Azərbaycan oyununa da çox baxardı”
15.04.2013 - 15:25
Ukrayna mətbuatında dünya və Avropa çempionatının oyunlarına azarkeş marağı haqda araşdırma yazısında Azərbaycan milli komandasına toxunulub. Apasport.az saytının məlumatına görə, ukraynalı həmkarlarımız belə mötəbər turnirlərdə millimizin də oyunlarının böyük maraq dairəsində olacağını düşünür.
Onların fikrincə, final mərhələsi iştirakçılarından asılı olmayaraq həmişə diqqət mərkəzindədir və hətta Azərbaycan yığması kimi reytinqi aşağı olan komandaya da heç kim biganə qalmayacaq: “Dünyanın hər yerində futbolsevərlər bu turnirlərin startını səbirsizliklə gözləyir. Onlar bütün oyunlara, hətta Əlcəzair – Sloveniya, yaxud Honduras – Azərbaycan matçına da baxmağa çalışar. Hərçənd, digər şəraitlərdə bu rəqiblərin oyunları futbol ictimaiyyətinin diqqətindən kənarda qalardı. Bu yığmalar digər vaxtda üzləşsəydilər, onların oyunlarına hətta kiçik maraq belə olmazdı”.
Qeyd edək ki, final mərhələsindən kənarda qalan millimiz Hondurasla 2010-cu ilin mayında Avstriyada yoldaşlıq görüşündə qolsuz heç-heçə edib.

0
0