“10 ay Azərbaycan vətəndaşlığını almaq üçün çox qısa vaxtdır”
15.04.2013 - 16:10
“İlk növbədə onu qeyd edim ki, Azərbaycan vətəndaşlığını almaq elə də asan iş deyil. İkincisi, bu haqda danışmaq istəmirəm. Siz vəziyyətin nə yerdə olduğunu bilirsiz. Mən özüm bu məsələnin 100 faiz alınacağına əmin deyiləm”. Apasport.az saytının məlumatına görə, bunu “Simurq”un polşalı qapıçısı David Petjkeviç deyib.
weszlo.com saytının jurnalisti Pavel Muzıka 25 yaşlı qolkiperdən götürdüyü müsahibədə ona “Simurq” karyerasından başqa, bir neçə həftə əvvəl millimizdə oynamaq istəyini dilə gətirməsi ilə bağlı sual verib. Davidin sözlərindən belə aydın olur ki, bu məsələ reallaşmayacaq.
“Poloniya”nın sabiq qapıçısı bu haqda danışmaq istəməsə də, millidə oynamaq istəyini yenə gizlətməyib: “Onlar bilir ki, mən polyakam. İstərdim ki, Polşanı təmsil edim. Ancaq digər tərəfdən siz heç vaxt bilə bilməzsiz ki, əlinizə belə bir imkan düşəcək. Futbol oynayan istənilən adam beynəlxalq arenada özünü görmək istəyir... May ayında mənim burda 10 ayım tamam olacaq. Bu isə Azərbaycan vətəndaşlığını almaq üçün çox qısa vaxtdır... Azərbaycanda futbolla maraqlanan hər kəs, komandadakı tanışlarım məndən onlar üçün oynayıb-oynamayacağımı soruşur. Ancaq artıq dediyim kimi, dilemma qarşısında qalmışam. Hələ ortada heç nə yoxdur. Hazırda bu mövzuya diqqət ayırmaq isəmirəm”.

0
0