“Partizan” Bakıda turnirə gəlir
15.04.2013 - 16:50
“Partizan” Bakıda turnirə gəlir
İyunda Bakıda keçiriləcək U-14 İBA Cup turnirinin sonuncu iştirakçısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, yarışda 6 ölkənin komandası ilə yanaşı, Serbiyanın “Partizan” klubu da mübarizə aparmaq üçün paytaxtımıza gələcək.

Belə ki, “İnter”in ev sahibliyi edəcəyi turnirdə serblərdən öncə Rusiyanın “Rubin”, Türkiyənin “Beşiktaş”, Ukraynanın “Karpatı”, İspaniyanın “Vilyarreal”, İsveçin “Yurqorden” və Almaniyanın “Ayntraxt” klubları da iştiraklarını təsdiqləmişdi.

Qeyd edək ki, iyunun 17-də başlayacaq yarışın püşkatma mərasimi mayda keçiriləcək.

Mənbə: inter.az