Con Toşak keçmişə qayıdır
15.04.2013 - 18:00
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə aprelin 17-də keçiriləcək oyununda “Xəzər Lənkəran”ın uelsli baş məşqçisi Con Toşak bu yarışda debüt edəcək. Apasport.az saytının məlumatına görə, böyük britaniyalı mütəxəssis son illər daha çox milli komandalarda çalışdığından kubok yarışları onun üçün keçmişdə qalıb.
Belə ki, Toşak ölkə kubokunda sonuncu dəfə az qala 13 il əvvəl meydana komanda çıxarıb. Bu, onun “Real Sosyedad”da çalışdığı vaxta təsadüf edib. 2001-ci il oktyabrın 10-da İspaniya kubokunun 1/32 finalında “Hospitalet”lə oyun Toşak üçün kubokda sonuncu olmuşdu.
Həmin görüşdə qonaq kimi çıxış edən Toşakın yetirmələri 1:2 hesabı ilə uduzmuşdular. Hərçənd, aşağı dəstə təmsilçisinə qarşı matçda “Bakı”dan yaxşı tanıdığımız Georgi Demetradze, həmçinin Xoxlov, Qabilondo, Aranburu, Aranzabal kimi oyunçular da Toşakın rəhbərliyi altında oynayırdı.
4572 gündən sonra “Bakı” önünə komanda çıxarmaqla kubok uğrunda mübarizəyə davam edəcək uelsli 13 ilə yaxın müddətdə belə yarışlara qatılmayıb. 2002/03 mövsümündə “Kataniya” İtaliya kubokunda, 2003/04 mövsümündə “Mursiya” İspaniya kubokunda mübarizəni dayandırdıqdan sonra Toşakı baş məşqçi postuna gətirmişdi. 2004-10-cu illərdə Uels, 2011-12-ci illərdə Makedoniya yığmasında çalışan mütəxəssis uzun müddət klubda çalışmamışdı.
Qeyd edək ki, Toşak karyerası ərzində 9 dəfə ölkə kubokunu qazanıb. Yubiley - 10-cu titul üçün “Xəzər Lənkəran”ı zəfərə daşıyacaq mütəxəssis 4 dəfə futbolçu, 5 dəfə baş məşqçi kimi bunu bacarıb. O, oyunçu kimi 1967/68, 1968/69, 1969/70 mövsümlərində “Kardiff”lə Uels, 1973/74 mövsümündə “Liverpul”la İngiltərə kubokunu əldə edib. 1980/81, 1981/82 və 1982/83 mövsümlərində “Suonsi”nin “sükanı arxasında” Uels, 1986/87 mövsümündə “Real Sosyedad”ın baş məşqçisi kimi İspaniya, 1997/98 mövsümündə “Beşiktaş”da Türkiyə kubokunu qazanıb.

0
0