Polyak qayıtdı
15.04.2013 - 17:16
“Simurq” Topaz Premyer Liqasında növbəti turun hazırlıqlarına başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, XXVII turda “İnter”in qonağı olacaq zaqatalalı futbolçulara bərpaedici məşqdən sonra bu gün baş məşqçi Georgi Çixradze istirahət verib. Sabahdan isə məşqlər qaldığı yerdən davam etdiriləcək.
Komandada Bakıdakı oyun öncəsi zədəli və cəzalı futbolçu yoxdur. Ötən tur “Neftçi” ilə matçda ayağında ağrılar hiss etdiyindən oynamayan Stepan Polyak artıq komanda ilə birgə məşqləər başlayıb.
Qeyd edək ki, “İnter” – “Simurq” oyunu aprelin 20-də “Şəfa” stadionunda keçiriləcək.

0
0