Azərbaycan çempionu üçün “Kliftonvill”
15.04.2013 - 17:39
Azərbaycan klublarının UEFA Çempionlar Liqasının təsnifat mərhələsində növbəti potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiyanın “Kliftonvill” klubu son 15 ildə ilk dəfə ölkə çempionu olub. Özü də Belfast təmsilçisi bunu vaxtından əvvəl – sona 4 tur qalmış gerçəkləşdirib.
Komanda hazırkı çempion “Linfild”ə 3:2 hesabı ilə qalib gəlməklə istəyinə çatıb. Bununla da “Kliftonvill” 134 illik tarixində 4-cü dəfə çempion olub. O, ən yaxın izləyicisi “Kruzeyders”i 14 xal qabaqlayır.
Qeyd edək ki, klublarımızdan “Qarabağ” 2010-cu ilin iyulunda Avroliqanın II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” klubu ilə üzləşərək, onu mübarizədən kənarlaşdırıb. Bu ölkənin yığması isə cari seçmə mərhələdə rəqib olaraq, ötən ilin noyabrında Belfastda 1:1 hesablı heç-heçə edib.

0
0