Yığmamıza qol vuran futbolçu zədələndi
15.04.2013 - 20:00
Yığmamıza qol vuran futbolçu zədələndi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığması və “Zenit”in müdafiəçisi Bruno Alveş 2-3 həftəlik sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu Rusiya Premyer Liqasının XXIV turu çərçivəsində “Lokomotiv” ilə görüşdə ciddi zədələnib.

Tibbi müayinədən keçən Alveşin yan bağlarının zədəsi müəyyən edilib. Artıq Bruno bu gündən etibarən, həkimlərlə fərdi proqram üzrə işə başlayıb.

Qeyd edək ki, Bruno Alveş martın 26-da, Bakıda keçirilən matçda yığmamızın qapısına qol vurmuşdu.