“İnter”in 2 üzvü mövsümün sonuna kimi sıradan çıxdı
15.04.2013 - 20:25
“İnter”in 2 üzvü mövsümün sonuna kimi sıradan çıxdı
“İnter” heyətinin əsas üzvlərini itirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Milan klubu daha iki futbolçusunu itirdi.

Belə ki, İtaliya A seriyasının XXXII turu çərçivəsində “Kalyari”yə 2:0 hesablı uduzduqları matçdan sonra dizindən zədələnən yaponiyalı müdafiəçisi Yuto Naqatomo və uruqvaylı yarımmüdafiəçisi Valter Qarqano sol ayağının əzələsinin dartılması səbəbindən mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “İnter” zədə üzündən hücumçusu Dieqo Militonun da xidmətindən yaralana bilmir.