Serxio Aquero cəzalandırılmayacaq
15.04.2013 - 21:27
“Mançester Siti”nin hücumçusu Serxio Aquero “Çelsi”nin müdafiəçisi David Luisə qarşı kobud oyun üçün cəzalandırılmayacaq. Apasport.az saytının məlumatına görə, bunu İngiltərə Futbol Assosiasiyası təsdiq edib.
Qeyd edək ki, ötən gün “Uembli” stadionunda Federasiya Kubokunun yarımfinal mərhələsində keçirilən “Çelsi” - “Mançester Siti” (1:2)matçının 82-ci dəqiqəsində yerə yıxılan braziliyalı oyunçunun üzərinə argentinalı futbolçu iki ayağı ilə tullanıb. Lakin bu hərəkətə görə, oyunun baş hakimi Aqueroya heç bir vərəqə görsətməyib.

0
0