“Arsenal” istədi, “Fulhem”ə keçdi
15.04.2013 - 22:06
“Arsenal” istədi, “Fulhem”ə keçdi
Yay transfer dövründə “Atletik”in müdafiəçisi Fernando Amorebetunun yeni ünvanı bəlli olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu “Arsenal”ın da onu istəməsinə baxmayaraq, digər Premyer Liqa təmsilçisi “Fulhem”lə anlaşıb.

Həmçinin venesuelalı oyunçu ilə daha əvvəl “Everton” və “Zenit” də maraqlanırdı. Hətta Fernando Rusiya klubunun 2 milyon avroluq təklifini də rədd etmişdi.

Qeyd edək ki, Bilbao təmsilçisinin heyətində 2004-cü ildə çıxış edən Amorebetu 250-yə yaxın “Atletik”in formasını geyinib.