Millimizin futbolçusu oynamadı, komandası büdrədi
15.04.2013 - 22:33
Millimizin futbolçusu oynamadı, komandası büdrədi
Rusiya I divizionunun XXVIII turunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Şamil Qurbanovun komandası “Baltika” doğma publika önündə “Şinnik”lə münasibətlərinə aydınlıq gətirib.

Kalininqradda baş tutan matçda qalib müəyyənləşməyib. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb.

Yığmamızın oyunçusu Qurbanov “18-liy”ə daxil edilsə də, meydana çıxmağa şans əldə etməyib.

Qeyd edək ki, bu heç-heçədən sonra “Baltika” xalını 40-a çatdırıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır